Pakistanda polis kollecinə hücum: 200 kursant girov götürüldü

Pakistanda polis kollecinə hücum: 200 kursant girov götürüldü

"Sinxua" agentliyi Pakistanın Kvetta şəhərində naməlum silahlıların polis kollecinə hücum etməsi barədə məlumat yayıb. Xəbərə görə, hadisə nəticəsində 200 kursantın girov götürüldüyü bildirilir. Silahlılar və kollecin mühafizəçiləri arasında atışma baş verib. Hadisə nəticəsində 7 nəfərin yaralandığı qeyd olunur. Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə