Cənubi-Afrikada iki sərnişin qatarı toqquşdu: 1 nəfər öldü, 150-dək sərnişin yaralandı
Cənubi-Afrika Respublikasında iki sərnişin qatarı toqquşub. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, qəza ölkənin şimal-şərq bölgəsində, Qautenq əyalətində baş verib. İlkin məlumata əsasən, qəza nəticəsində 1 nəfər ölüb, 150-dək sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB