Kamerunda törədilən iki partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. TASS agentliyinin verdiyi xəbərə görə, Sandavaciri şəhərində qadın-kamikadze özünü partladıb. İnsident nəticəsində 5 nəfər yaralanıb. İkinci partlayış Varamid şəhərində baş verib. Terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb. Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB