Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin yaranmasının 71-ci ildönümü münasibəti ilə açıqlamasında bir sıra məsələlərlə bağlı fikirlərini elan edib. Türkiyə lideri bildirib ki, BMT-nin məqsədlərinə layiqincə nail olmaq üçün islahatlar aparmağa ehtiyacı var:
"Ölkəmizin də qurucuları arasında olduğu Birləşmiş Millətlər Təşkilatının 71-ci ildönümü millətimiz və bütün bəşəriyyət üçün xeyirli olsun. Qədim tarixi, zəngin mədəni təcrübəsi, strateji mövqeyi və təbii gözəllikləri ilə İstanbulun BMT-nin mərkəzi olaraq təşkilatın missiya və hədəflərinə çox dəyərli töhfələr verəcəyinə inanırıq", - Ərdoğan qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB