Bu səbəbdən Avropa İttifaqının şirkətləri hər il 8 milyard funt-sterlinq itirəcək
"Brexit"in sərt ssenariləri səbəbindən Avropa İttifaqının (Aİ) şirkətləri hər il 8 milyard funt-sterlinq (9,7 milyard dollar) itirəcək. Aİ şirkətləri üçün gömrük rüsumları təxminən 13 milyard funt-sterlinq (15,9 milyard dollar), Böyük Britaniya şirkətləri üçün 5,2 milyard funt- sterlinq (6,4 milyard dollar) artacaq.
Birləşmiş Krallığın nəqliyyat naziri Kristofer Qreylinq qeyd edib ki, onun ölkəsi Avropa üçün mühüm ixrac bazarıdır. Böyük Britaniya ilə ticarət aparmaq imkanları itkisindən heç kim qalib çıxmayacaq. Nazir, həmçinin diqqətə çatdırıb ki, tərəflər rüsumsuz ticarət rejimini və səmərəli ticarət münasibətlərini qoruyub saxlayacaq. Çünki bu, ümumi maraqlara cavab verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB