Rusiyada partlayış: 3 nəfər öldü, 16 nəfər xəsarət aldı

Rusiyada partlayış: 3 nəfər öldü, 16 nəfər xəsarət aldı

Rusiyanın Ryazan şəhərində yaşayış binasında partlayış baş verib. RİA Novosti agentliyinin yaydığı xəbərdə deyilir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb, 2 nəfər itkin düşüb. İlkin versiyaya əsasən, partlayışa səbəb qaz sızması olub. Partlayış nəticəsində binanın 9-cu və 10-cu mərtəbələrindəki 7 ev tamamilə yararsız vəziyyətə düşüb. Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə