Əfqanıstanda narkotik becərilən torpaq sahələri 2015-ci illə müqayisədə 10 faiz artıb. Bu barədə məlumat "France Press" agentliyində yer alıb.
BMT-nin narkotik və cinayətlərlə məşğul olan idarəsinin hesabatına görə, bu il narkotik istehsalının 43 faiz artaraq 4.6 min ton olacağı gözlənilir.
Məlumata görə, 2015-ci ildə narkotik istehsalı 3.3 min ton olub. Əfqanıstanın narkotiklərlə mübarizə naziri Salamat Əzimi bildirib ki, narkotiklərin 93 faizi ölkənin cənub, şərq və qərb hissəsində becərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB