Ali Məhkəmə qərarı qüvvədə saxladı
Mursi 20 il yatacaq

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin həbs müddəti ilə bağlı verilən qərar ali məhkəmə tərəfindən təsdiq edilib. 2012-ci ildə aksiya iştirakçılarına atəş açmaq əmrini verməkdə ittiham edilən sabiq dövlət başçısı ömrünün 20 ilini təcridxanada keçirəcək.

Bir müddət əvvəl məhkəmə sabiq prezident barədə 20 il iş kəsib. Lakin qərara etiraz edən Mursi, Ali Məhkəməyə müraciət edib. Amma Ali Məhkəmə sabiq dövlət başçısı barədə verilən hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, Misirin demokratik yolla seçilmiş ilk prezidenti kimi qələmə verilən Məhəmməd Mursi 3 il əvvəl hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə