Kamerunda qatarın relsdən çıxması nəticəsində həlak olanların sayı 73 nəfərə çatıb. Associated Press agentliyinin yaydığı məlumata görə, axtarış-xilasetmə əməliyyatlarının gedişində yeni cəsədlər aşkarlanır. Bir qədər əvvəl qəza nəticəsində 60 nəfərin öldüyü və 600 nəfərə yaxın insanın isə xəsarət aldığı barədə məlumat yayılmışdı.
Qəzanın səbəbləri araşdırılır. Nəzərdən keçirilən ehtimallar sırasında qatarın relsdən çıxmasına ona qoşulan əlavə vaqonun təsir göstərib-göstərməməsi də var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB