Kamerunda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 73-ə çatıb. "Assoşieyted Press" agentliyinin verdiyi xəbərə görə, qəza nəticəsində 600-dək adam xəsarət alıb. Məlumata görə, yeni cəsədlər hadisə yerində aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində aşkarlanıb. Qatarın həddindən artıq yüklənməsinin qəzaya səbəb olduğu ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB