Klintonun seçki qərargahına şübhəli toz göndərildi

Klintonun seçki qərargahına şübhəli toz göndərildi

İlkin nəticələrə görə, ABŞ prezidenti postuna namizəd Hillari Klintonun seçki qərargahının Bruklin şöbəsinin təxliyəsinə səbəb olan məktubdakı tozun tərkibində təhlükəli maddələr yoxdur. CNN telekanalı xəbər verir ki, oktyabrın 21-də Klintonun seçki qərargahının Bruklin şöbəsi məktubda aşkarlanan şübhəli tozla əlaqədar təxliyə olunub. Telekanalın məlumatına əsasən, məktub əvvəlcə namizədin Manhettendəki ofisinə göndərilib. Məktubun orada açıldıqdan sonra nəyə görə Nyu-Yorkun digər hissəsinə - Bruklinə yola salındığı məlum deyil.

Nyu-York polisi araşdırmalara başlayıb. Təhqiqata ABŞ-ın Məxfi Xidməti və Fövqəladə Vəziyyətlər üzrə Xidmətinin də qoşulduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə