Türkiyənin Mosulda olması İraqın mərkəzi hökumətinin prinsiplərinə zidd deyil. Axar.az xəbər verir ki, bu açıqlama ilə Ağ Ev nümayəndəsi Coş Ernest çıxış edib. "İŞİD əleyhinə əməliyyatlara dəstək veririk və burada reallaşdırılan əməliyyatlar İraq hökuməti ilə koordinasiya edilməlidir. Bu vaxta qədər də Mosul yaxınlığında hərbi qüvvəsi olan Türkiyənin bu prinsipə zidd addım atdığını müşahidə etməmişik", - Ernest söyləyib.
Qeyd edək ki, ötən gün ABŞ Müdafiə naziri Eşton Karter açıqlamasında Ankara-Bağdad arasında prinsipial razılıq əldə edildiyi barədə məlumat yaymışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB