Kamerunda sərnişin qatarının qəzaya uğraması nəticəsində 53 nəfər ölüb. TASS agentliyinin verdiyi xəbərə görə, qatar paytaxt Yaunde şəhərindən ölkənin iqtisadi mərkəzi olan Duala şəhərinə yollanırmış. Qatarın naməlum səbəbdən relsdən çıxdığı bildirilir. Qəza nəticəsində bir neçə vaqon aşıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB