İraqın Kərkük şəhərində "Türkmeneli" telekanalının xəbər direktoru Əhməd Nəcməddin Haceroğlu öldürülüb. NTV telekanalının verdiyi xəbərə görə, bu barədə türkmənlərin Ərbil şəhərindən olan millət vəkili Aydın Maruf bildirib. Onun sözlərinə görə, İŞİD-in hücumlarını işıqlandırmaq istəyən jurnalist avtomobilə edilən hücum nəticəsində həyatını itirib. Məlumata görə, Kərkükdə təhlükəsizlik tədbirləri gücləndirilsə də, hərbçilər və mülki vətəndaşlar İŞİD snayperlərinin hədəfinə tuş gəlirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB