Dağıstanda antiterror əməliyyatı rejimi elan edilib

Dağıstanda antiterror əməliyyatı rejimi elan edilib

Dağıstanın Tsumadin rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi bildirib. Onun sözlərinə görə, hazırda silahlıların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: "Antiterror əməliyyatı rejimi Tsumadin rayonunun Kvanada kəndində yerli vaxtla saat 22:00-dan etibarən tətbiq edilib. Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir". Digər təfərrüatlar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə