İddialara görə Sicilya adasında yaşayan italyalı qadın Veronika Panarello qaynatası ilə cinsi əlaqəsini gördüyünə görə 8 yaşlı oğlunu boğaraq öldürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, oğlunu qəsdən öldürməkdə şübhəli bilinən Panarello qətli törədənin qaynatası Andrea Stival olduğunu iddia edib. Qadının ifadəsinə görə, qaynatası onların gizli əlaqəsinin eşidilməməsi üçün cinayəti planlaşdırıb. Stival isə gəlininin iddialarını təkzib edərək mənim nəvəm kiçik bir mələkdi tək istədiyim ədalətin yerini tapmasıdır, deyib.
Qeyd edəkki, "Daily Mail" qəzetinin verdiyi xəbərə görə, Veronika, 8 yaşlı oğlunu qəsdən öldürməkdə və cəsədini saxlamaqla günahlandırılaraq 30 il həbs cəzası ilə mühakimə olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB