İraq ordusu və kürd dəstələri Mosul şəhəri istiqamətində gözləniləndən daha sürətlə irəliləyir. İŞİD şəhər ətrafındakı mövqelərini bir-birinin ardınca əldən verir. Euronews telekanalı xəbər verir ki, üç gün ərzində hökumət qoşunları ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hava dəstəyi ilə İŞİD yaraqlılarının nəzarətində olan 30 yaşayış məntəqəsini, o cümlədən əməliyyat üçün strateji əhəmiyyətə malik Bartalla şəhərini geri qaytarıblar.
Mosul üzərinə hücumlar gücləndikcə, şəhəri tərk edən sakinlərin sayı da artır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, son sutka ərzində təxminən 5,5 min nəfər öz evini tərk etmək məcburiyyətində qalıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi İraqda, əsasən də Mosul ətrafında vəziyyətin gərginləşməsinin milyona yaxın insanın qaçqın durumuna düşməsinə gətirib çıxaracağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB