Türkiyədən açıqlama: Mosulun qan gölünə çevrilməsini kənardan seyr edə bilmərik

Türkiyədən açıqlama: Mosulun qan gölünə çevrilməsini kənardan seyr edə bilmərik

"Mosul bizim Misaki-Milli sərhədlərimiz daxilindədir." Axar.az xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş deyib.

"Heç kimin bir qarış torpağında belə gözümüz yoxdur. Lakin Mosulun qan gölünə çevrilməsini kənardan seyr edə bilmərik. Bir əsr əvvəl I Dünya müharibəsinin qalibləri bölgədə yeni sərhədlər müəyyən etdilər. İndi də istəyirlər ki, buradakı xalqların məntiqini və sevgisini ayırsınlar", - Qurtulmuş bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə