2 yaşlı uşağı təpiklə döydü FOTO

2 yaşlı uşağı təpiklə döydü FOTO

Türkiyənin Ordu şəhərinin Fatsa bölgəsində Səhiyyə təşkilatında məmur işləyən şəxs 2 yaşlı uşağı təpiklə döyüb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bir müddətdir birlikdə qanunsuz yaşadığı qadının uşağını bilinməyən səbəbdən döyərkən hadisə kameralara düşüb. Belə ki, həmin şəxs qadının uşağını restoranın oyun salonuna apararaq vəhşicəsinə döyməyə başlayıb. Uşağının səsini eşidib hadisə yerinə gələn ana, birlikdə yaşadığı adamdan şikayətçi olub.

Şikayət üzrə hadisə yerinə gələn polislər həmin şəxsi nəzarətə alıb.

Nəzarətə alındıqdan sonra ifadəsi alınan adam həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə