ABŞ-ın şahmat üzrə çempionu Nazi Paikidze gələn il İranda keçiriləcək qadınlar arasında şahmat üzrə dünya çempionatına qatılmayacağını açıqlayıb. Axar.az xəbər verir ki, o, boykot qərarı ilə İranda qadınların hüquqlarının pozulmasına, hicab geyinməsi qanununa etiraz etdiyini bildirib. Paikidze onlayn petisiyada qeyd edib ki, İranda ölkəyə qonaq gələn qadınlara hicabın məcburən geyindirilməsi qadın əsarətinə haqq qazandırmaqdır. Qardian nəşrinin iddialarına görə, Paikidzenin boykot qərarı digər şahmatçılara da təsir edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB