Dünən İraq paytaxtı Bağdadın şimalında bir-birinin ardınca iki partlayış baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən və yaralanalar var. Onların dəqiq sayı barədə hələ ki, məlumat verilmir. Bundan əvvəl daha iki partlayış, paytaxtın Əl-Qəhirə rayonunda yerləşən bazarda və şəhərin şərq bölgəsində qeydə alınıb. Hadisə nəticəsində bir neçə dinc sakin qəlpə yaraları alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB