Bir çox ölkə neftin qiymətinin yaxşılaşmasını zəmanət altına almaq üçün Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltmaqla bağlı təşəbbüsünə qoşulmağa səy göstərir. Bu sözləri Səudiyyə Ərəbistanının sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih deyib. Ölkələrin adını çəkməyən nazir həmin ölkələrlə danışıqların OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək yığıncağına qədər davam edəcəyini qeyd edib.
Xatırladaq ki, qeyri-OPEC ölkələrindən hələ ki, təkcə Rusiya neft istehsalının məhdudlaşdırılması və ya azaldılmasını nəzərdən keçirəcəyini bildirib. Əvvəllər hasilatı azaltmaqla bağlı OPEC-lə əməkdaşlıq edən Meksika və Norveç isə budəfəki təşəbbüsə qoşulmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB