Türkiyənin Seyhan bölgəsində yaşayan 21 yaşlı Ərsin Əkincinin 13 yaşlı uşaqla aralarındakı mübahisə bir nəfərin bıçaqlanması ilə nəticələnib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Mərsindən Adanaya dönərkən yolda baş verib. Belə ki, 21 yaşlı gənc özü ilə birlikdə işləməyə gedən az yaşlının danışıq qabiliyyətini ələ salmağa başladıqdan sonra Əkinci və azyaşlı arasında mübahisə düşüb. Ərsinin onu ələ salmağına əsəbləşən uşaq gəncə söyüş söyüb və aralarındakı mübahisə daha da böyüyüb. Az yaşlı əsəblərini cilovlaya bilməyib və özü ilə apardığı bıçağı gəncin ürəyinə sancıb. Hadisə yerinə təcili yardım çağırılıb. Gənc xəstəxanaya çatdırılsa da, edilən müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Gənci qətlə yetirən şübhəli Polis Şöbəsinə aparılıb. Yaşı kiçik olduğundan ifadəsi alınmadan Ədliyyəyə sövq edilən şübhəli prokurorluqda dindirilərkən, ağlayaraq peşman olduğunu bildirib.
Qeyd edək ki, növbətçi məhkəməyə sövq edilən uşaq həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB