İstanbulda institut tələbəsi həyat yoldaşı ilə əlbir olaraq iş adamlarına tələ qurduqları üçün həbs olunublar. SİA-nın "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, 26 yaşlı qadın sosial şəbəkədə iş adamları ilə tanış olaraq onlarla cinsi əlaqəyə girib. Qadın 5-6 dəfə əlaqə qurduqdan sonra həmin görüntülər vasitəsilə şəxsləri şantaj edərək onlardan pul alıb.
Həyat yoldaşı ilə tələ quran 26 yaşlı tələbə, kişiləri evə dəvət edib və cinsi əlaqə qurarkən həyat yoldaşı gizli kamera ilə onları lentə alıb. Daha sonra həmin görüntülər vasitəsilə bir neçə nəfərin küllü miqdarda pulunu mənimsəyiblər.
Cütlüyün tələsinə düşdükdən sonra şantaja boyun əyməyib, polisə müraciət edən iş adamlarından biri başına gələnləri danışıb. O bildirib ki, şantajçı qadın videoya çəkdiyi görüntülərin əvəzində 160 min avro və İspaniyada mənzil istəyib. Şikayətçi iş adamı Polis Mərkəzində olarkən qadın təkrar olaraq şəxsə zəng vurub və təcili olaraq təhsil haqqı üçün 5 min avro istədiyini bildirib. Həmin anda telefon bağlantısı vasitəsilə yerin ünvanını dəqiqləşdirən polislər, evə basqın edərək şantajçı cütlüyü yaxalayıblar.
Nəzarətə alınan ər-arvadın evində axtarış nəticəsində qadının çox sayda görüntüləri olan yaddaş kartı tapılıb.
Qeyd edək ki, 2 ay sonra həbsdən azad olunan cütlük yenidən polisə şikayət olunub. Belə ki, 39 il həbs cəzası tələbi ilə zərərçəkənlərin şikayətləri əsasında yenidən məhkəməyə müraciət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB