Süryanilər iki kəndi İŞİD-dən azad edib

Süryanilər iki kəndi İŞİD-dən azad edib

Süryani döyüşçülərin təşkil etdiyi Ninova Ovası Müdafiə Qüvvələri (NPU) Mosul əməliyyatı çərçivəsində şəhərin iki kəndini İŞİD-in işğalından azad edib. Axar.az xəbər verir ki, bu barədə NPU komandanı Atra Kado deyib.

"Hücum nəticəsində iki kəndi ələ keçirdik. Əməliyyatı davam etdirəcəyik və süryanı kəndlərini geri alacağıq. Azad edəcəyimiz daha 3 kənd və 1 qəsəbə var. Bu barədə rəsmi Bağdadla razılaşmışıq. Biz Mosulun mərkəzinə girməyəcəyik", - Kado bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə