297 il azadlıqdan məhrum olundu

Türkiyənin Ərzurum bölgəsində on bir uşağa təcavüz edən orta məktəb ibtidai sinif müəlliminə 297 il həbs cəzası verilib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, 5-ci sinif şagirdlərinə qarşı etdiyi əxlaqsız hərəkətləri nəzərə alan hakim məhkuma hər zərər çəkmiş uşağın sayına görə hökm oxuyub. Törətdiyi əməldən cinayətkar ömürlük həbs olunub.

Qeyd edək ki, məhkuma söz verilən zaman "mən bir müəllim və ata kimi heç vaxt belə bir insanlığa sığmayan hərəkətə yol vermərəm" deyə, iddiaları üstündən atmağa çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə