Sürüşmədə iki nəfər torpaq altında qaldı FOTOLAR

Sürüşmədə iki nəfər torpaq altında qaldı FOTOLAR

Türkiyənin Rizə şəhərinin Aktaş bölgəsində torpaq sürüşməsi baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gecə saat 03:00 radələrində baş verən sürüşmə nəticəsində dağılan evin altında qalan ər və arvad həyatını itirib. Aramsız yağan yağışlar nəticəsində baş verən qəzada ölənlərin yaxınları gecə gurultu səsinə oyanıb. Hadisə şahidi olan insanlar dərhal FHN işçilərini qəza yerinə çağırıblar.

Gələn briqada üzvləri axtarışdan sonra dağıntılar altından ər və arvadın bir-birinə sarılmış cansız bədənini tapıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə