Hindistanın şərqindəki Odişa əyalətində yerləşən xəstəxanada dünən gecə baş verən yanğın nəticəsində azı 24 nəfər həlak olub, 106 nəfər xəsarət alıb. Yerli hakimiyyət orqanları faktı təsdiqləyiblər. Anadolu informasiya agentliyi xəbər verir ki, Hindistanın səhiyyə naziri J.P.Nadda yanğına dializ aparatının elektrik naqillərində yaranmış nasazlığın səbəb olduğunu bildirib. İnsident nəticəsində zərər çəkən insanların bəzilərinin vəziyyəti ağırdır və ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Hadisənin baş verdiyi əraziyə göndərilən çox sayda yanğınsöndürən bir neçə saatdan sonra yanğını nəzarət altına almağa müvəffəq olub.
Xəstəxanada müalicə alan 500 nəfərdən çox xəstə digər hospitallara göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB