Türkiyədə görkəmli şəxsiyyətlərinin heykəlləri sərgilənir

Türkiyədə görkəmli şəxsiyyətlərinin heykəlləri sərgilənir

Türkiyənin Kocaeli şəhərinin İzmit qəsəbəsində dünyanın görkəmli şəxsiyyətlərinin bal mumundan hazırlanmış heykəllərinin sərgisi təşkil olunub.

Anadolu agentliyinin məlumatına görə, sözügedən ekspozisiyada siyasət, mədəniyyət və ədəbiyyat adamlarının heykəlləri sərgilənir. Belə ki, sərgidə yer alan Vladimir Putin, Marilyn Monroe, Ancelina Coli, Brit Pit, Ladıy Dimdik, Fyodor Dastoyevski, Lev Tolstoy, Albert Eynşteyn və digər şəxsiyyətlərin protez gözlər və xüsusi saçlardan istifadə olunmaqla yaradılan heykəlləri yerli və əcnəbi ziyarətçilərin marağına səbəb olub.

Bir sıra cizgi filmi personajlarının heykəllərinin yer aldığı və ümumilikdə 30-dən çox sənət əsərinin təqdim olunduğu sərgi oktyabrın 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə