Türkiyədə əməliyyat keçirilib

Türkiyədə əməliyyat keçirilib

Türkiyənin İzmir şəhərində Fətullahçı Terror Təşkilatının (FETÖ) Ege Universitetindəki təşkilatlanmasına qarşı əməliyyat keçirilib.

SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat çərçivəsində ümumilikdə 50 şübhəlinin saxlanılmasına sanksiya verilib, FETÖ-də xüsusi missiyası olan 20 qadın isə saxlanılıb. Saxlanılanlar universitetə daxil olan tələbələrə yaşamaq üçün ev tapılacağı, təqaüd ayrılacağına dair vədlər verərək təşkilata yeni üzvlər cəlb etməkdə şübhəli bilinirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə