Vyetnamda daşqın qurbanlarının sayı 25 nəfərə çatıb

Vyetnamda daşqın qurbanlarının sayı 25 nəfərə çatıb

Vyetnamda daşqın qurbanlarının sayı 25 nəfərə çatıb. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bundan əvvəl 21 nəfərin öldüyü bildirilirdi. Yağan leysan yağışlar nəticəsində 100 min yaşayış evini su basıb, ölkənin mərkəzi bölgəsində əkin sahələri su altında qalıb. Vyetnam ərazisinə "Sarika" qasırğasının yaxınlaşdığını bildirən sinoptiklər ölkədə yağışların davam edəcəyini proqnozlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə