Çində “qırmızı” dalğa təhlükəsi

Çində “qırmızı” dalğa təhlükəsi

Çin hökuməti "Sarika" qasırğasının yaxınlaşması səbəbindən oktyabrın 17-də və "sarı" qasırğa təhlükəsi səviyyəsi elan edilib. Sinxua informasiya agentliyi xəbər verir ki, "Sarika" Xaynan ada əyalətinin cənub hissəsinin şərq sahillərinə çərşənbə axşamı günü yetişəcək. Sinoptiklərin məlumatına görə, dənizdə dalğanın hündürlüyü 12 metrə çata bilər. Mülki Administrasiya Nazirliyi və Təbii Fəlakət Nəticələrinin Minimumlaşdırılması üzrə Dövlət Komitəsi artıq "Sarika" və "Hayma" qasırğasının yaxınlaşması səbəbindən təcili reaksiya mexanizmini işə salıb. Oktyabrın 20-də "Hayma" qasırğasının Quanduan əyalətinə çatacağı gözlənilir.

Hökumət təbii fəlakətin təsir dairəsinə düşə biləcək rayonların əhalisinə ən azı 1-3 günlük ərzaq ehtiyatı toplamağı tövsiyə edib.

Ölkənin meteorologiya xidmətinin məlumatına əsasən leysan yağışları Çinin əksər rayonlarında təxminən 3-5 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə