Balidə körpü uçub ölən var

Turizm adası kimi daha çox yadda qalan Balidə körpü uçub. SİA-nın məlumatına görə, körpünün uçması nəticəsində azı 9 nəfər ölüb və 18 nəfər yaralanıb.

Xəsarət alanlara yaxınlıqdakı xəstəxanada yardım edilir.

İlkin ehtimallara görə, körpü həddən artıq yükləndiyi üçün ağırlığa davam gətirə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə