Rusiya hindlilərlə 1 milyard dollarlıq saziş imzalayıb

Rusiya hindlilərlə 1 milyard dollarlıq saziş imzalayıb

Rusiya Birbaşa İnvestisiya Fondu ilə Hindistanın Milli Hind İnfrastruktur Fondu 1 milyard dollarlıq investisiya fondunun yaradılması barədə saziş imzalayıb. Bu haqda məlumatı "Tayms İndiya" yayıb. Verilən məlumata görə, sözügedən fonddakı maliyyə Hindistandakı layihələrin həyata keçirilməsinə xərclənəcək.

Xatırladaq ki, Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modi BRİCS sammiti çərçivəsində görüş keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə