Əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəqiq prioritetləri olsa, ona dünyada hər kəs hörmət edəcək. Axar.az xəbər verir ki, bunu KTMT-nin Kollekt Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. Onun sözlərinə görə, KTMT-ni heç kim, özəlliklə, NATO tanımaq istəmir:
"Əgər biz onlardan KTMT-ni tanımalarını istəsək, onlar heç vaxt bunu etməyəcəklər. Biz onları təşkilatımızı tanımağa məcbur etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB