Yəməndə partlayış: 5 nəfər öldü, 10-dan çox adam yaralandı

Yəməndə partlayış: 5 nəfər öldü, 10-dan çox adam yaralandı

Yəmənin Marib şəhərində yas mərasimi zalında əldəqayırma partlayıcı qurğu işə salınıb. "Report"un "Sky News Arabia"ya istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 5 nəfər ölüb, 10-dan çox insan yaralanıb. Zalda şəhərin hərbi komandirlərindən birinin dəfn mərasimi keçirilirmiş.

Hələlik heç bir terror qruplaşması partlayışı üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə