Ermənistanda rus hərbçisini bıçaqladlar

Ermənistanda rus hərbçisini bıçaqladlar

Ermənistanın Gümrü şəhərindəki hərbi bazada qulluq edən rus hərbçi dünən bıçaqlanıb. Axar.az xəbər verir ki, Ermənistan hüquq-mühafizə orqanlarının yaydığı məlumatda 24 yaşlı hərbçi A.R-in dünən səhər saatlarında Gümrü xəstəxanasına çatdırıldığı qeyd edilib. Səhiyyə müəssisənin nümayəndəsi Narek Kirakosyanın sözlərinə görə, zərərçəkmiş əməliyyat olunub, hazırda palataya yerləşdilib. Polisin yaydığı məlumatda hazırda Ermənistanın istintaq orqanları rus hərbçisinin bıçaqlamasında rolu olan şəxslərin müəyyənləşdirilməsi üçün lazımi tədbirlər həyata keçirir.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın hərbi bazası fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə