Diyarbəkirdə hərbi helikopterlər PKK-ya məxsus 3 avtomobilə zərbə endiriblər

Diyarbəkirdə hərbi helikopterlər PKK-ya məxsus 3 avtomobilə zərbə endiriblər

Türkiyənin hərbi helikopterləri Diyarbəkir əyalətinin Lice rayonunda PKK terrorçularına məxsus içində partlayıcı olan 3 avtomobilə zərbələr endirərək zərərsizləşdiriblər. Türkiyə mətbuatının yazdığına görə, bu barədə əyalətin rəhbərliyinin açıqlamasında bildirilir. Məlumata görə, PKK silahlıları həmin avtomobilləri terror aktlarının törədilməsində istifadə etməyi planlaşdırıblarmış.

Bütün xəbərlər Facebook səhifəmizdə