Bir həftə ərzində İsrailə səfir təyin ediləcək. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
Sözçü bununla bağlı proseslərin davam etdiyini söyləyib: "Təyin olunacaq səfirin adı bəllidir. Lakin adı açıqlamayacağam. Xarici İşlər Nazirliyi vaxtı gəldikdə lazımi açıqlama verəcək. Güman edirəm ki,1 həftə, yaxud 10 gün ərzində səfirlərin qarşılıqlı təyin edilməsi prosesi tamamlanacaq".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail hökumətinə məktubundan sonra iki ölkə arasında normallaşma prosesi daha da sürətlənmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB