Oktyabrın 13-də BMT-nin Baş Assambleyası Portuqaliyanın sabiq baş naziri Antonio Quterreşi beynəlxalq təşkilatın Baş katibi postuna təsdiq edib. Xarici KİV-lərin yaydığı xəbərə görə, Quterreşin namizədliyi konsensusla qəbul olunub. 67 yaşlı Antonio Quterreş Portuqaliya Sosialist Partiyasının baş katibi olub, sonradan ölkə parlamentinə başçılıq edib və 10 il BMT-nin qaçqınlar üzrə komitəsinin ali komissarı postunu tutub.
Quterreş bu vəzifədə ikinci beşillik müddətini başa vuran koreyalı diplomat Pan Gi Munu əvəzləyərək, BMT-nin 9-cu Baş katibi olacaq. O, bu postda vəzifəsini 2017-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək icra edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB