Rusiyadan ABŞ-a zərbə “Microsoft” silinir

Rusiyadan ABŞ-a zərbə “Microsoft” silinir

Rusiya soyuq müharibə apardığı ABŞ-a daha bir zərbə vurmağı planlaşdırır. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, rəsmi Moskva ölkədə ABŞ istehsalı olan dünyanın ən nəhəng və çox işlənən proqramı "Microsoft"un istifadəsinin qarşısını almağı hədəfləyib.

Rusiya prezidenti Vladimir Putinin xarici texnologiya vasitələrinin əvəzinə yerli alternativlərin istifadəsi istiqamətində apardığı siyasətə uyğun olaraq rus proqramlarının istehsalı və təkmilləşdirilməsi işləri sürətlə davam edir. Artıq ölkənin paytaxtı Moskvada bütün ictimai qurumların kompüterlərindən "Microsoft" məhsullarının silinməsi və alternativ proqramların quraşdırlması qərara alınıb.

İlk mərhələdə dövlətin sahib olduğu GSM operatoru "Rostelecom PJSC"nin 6 min kompüterində "Microsoft"un "Outlook" proqramı silinərək yerli e-mail proqramı ilə əvəzlənəcək. Ruslar qısa müddətdə dövlət qurumlarında olan 600 min kompüterdə də yerli proqramlardan istifadəyə keçməyə hazırlaşır.

Rusiyada fəaliyyət göstərən ABŞ şirkətlərinə ağır vergilər tətbiq olunması planlaşdırlır. Beləcə, "Microsoft" kimi şirkətlərin məhullarının qiymətləri rus texnologioyasına nistbətdə çox bahalaşacaq, özəl sektor və ictimaiyyət də ABŞ proqramlarını silərək, yerli məhsullardan istifadə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə