Putin açıqladı: "Türkiyə ilə qaz qiymətlərində razılığa gəldik"

Putin açıqladı: "Türkiyə ilə qaz qiymətlərində razılığa gəldik"

Rusiya prezidenti Vladimir Putin İstanbulda maraqlı açıqlamalarla çıxış edib. Kreml rəhbəri bildirib ki, Rusiya və Türkiyə "Türk axını" layihəsinin müzakirəsi çərçivəsində qaz qiymətlərində güzəştlə bağlı razılığa gəliblər: "Türk axını" layihəsi və əməkdaşlığın genişləndirilməsi çərçivəsində biz həmçinin qaz qiymətlərində güzəştlər təmin etmək barədə razılığa gəldik", deyə Putin bildirib. Türkiyə üçün qaz endirimi ilə bağlı dövlət başçısı tərəfindən "Qazprom" şirkətinə müvafiq tapşırıqlar verilib. Iqtisadi məsələlər ilə yanaşı, Ərdoğan və Putin Suriyadakı vəziyyəti də müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə