Kişi zənn edilən qadın nazir FOTOLAR

Kişi zənn edilən qadın nazir FOTOLAR

İranın vitse-prezidenti Məsumə Ebtekarın Almanyanın Ətraf mühit naziri Barbara Hendriks ilə əl sıxaraq görüşməsi böyük qalmaqala səbəb olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, M.Ebtekarın, rəsmi "Twitter" hesabından bölüşdüyü, Almaniyalı nazir Hendriks ilə əl tutaraq görüşdüyü zaman çəkilən fotoşəkillər, İran Radio Televiziya Qurumu (IRIB) başda olmaqla bəzi mətbuat orqanları tərəfindən xanım M.Ebtekarın bir kişi ilə əl sıxdığı şəklində insanlara çatdırılıb.

Hendriksin qadın olduğu qısa müddət ərzində məlum olsa da, bu dəfədə "Tasnim" İnformasiya Agentliyi, xanım haqda kişi kimi görünən qadın bənzətməsini edib.

Qeyd edək ki, sözü gedən xəbərlər Alman mediasında böyük qınaq obyektinə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə