Ukrayna MDB-yə "əlvida" deyəcək?

Ukrayna MDB-yə "əlvida" deyəcək?

Rəsmi Kiyev MDB-nin tərkibindən çıxmaq məsələsini nəzərdən keçirir. Ukraynanın xarici işlər naziri Pavel Klimkin "112 Ukrayna" telekanalına müsahibəsində fikirlərini bu cür bəyan edib. "MDB tərkibindən çıxmaq məsələsini nəzərdən keçiririk. Bizim MDB dövlətləri ilə onlarla müqavilələrimiz mövcuddur. Misal üçün, diplomların qarşılıqlı tanınması, pensiya ödənişləri ilə bağlı. Ümid edirik ki, məsələlərin ayrı-ayrılıqda tənzimlənməsi bizə bu işi tamamlamağa imkan verəcək. Şəxsən mən MDB-dən çıxmağın ardıcıl tərəfdarıyam" deyə P.Klimkin bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə