Fransa Prezidenti Fransua Ollandın oktyabrın 13-də Polşaya edəcəyi səfər təxirə salınıb. Bu barədə Polşanın baş naziri Beata Şidlo ölkə televiziyasına verdiyi açıqlamasında deyib. "O, birinci dəfə deyil ki, səfərini təxirə salır. Polşa-Fransa hökumətlərarası məsləhətləşmələr yazda aparılmalı idi. Lakin Fransa prezidenti ölkədə baş verən terror aktlarına görə səfərin təxirə salınmasını istədi. O vaxt bunu başa düşmək olardı", - baş nazir bildirib. Fransa prezidentinin səfərinin təxirə salınmasının səbəbi açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB