Haitidə üç gün matəm olacaq

Haitidə "Mettyu" qasırğası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar oktyabrın 9-dan etibarən ölkədə üç günlük matəm elan olunub. "lemonde.fr" saytı yazır ki, ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Joselerm Priver bununla bağlı fərman imzalayıb. Ötən həftənin əvvəlində sürəti saatda 230 kilometrə çatan qasırğa ölkədə genişmiqyaslı dağıntılar törətməklə yanaşı, həm də 336 nəfərin həyatına son qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə