Yerusəlimdə terror: 2 ölü, 6 yaralı

Yerusəlimdə terror: 2 ölü, 6 yaralı

Yerusəlimdə törədilən terror aktı zamanı yaralanmış iki israilli həyatını itirib. Yaralanan daha 6 nəfər xəstəxanalarda müalicə olunur. Bazar günü səhər saatlarında ərəb mənşəli şəxs tramvay dayanacağındakı insanlara, avtomobillərə və onu təqib edən polislərə atəş açaraq 8 nəfəri yaralayıb. Həkimlərin məlumatına görə, yaralananlardan 2-si ölüb. Onlardan biri yaşlı qadın, digəri polis işçisidir.

Hücum edən şəxs öldürülüb. Onun 39 yaşında ərəb mənşəli İsrail vətəndaşı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə