36 milyon dollarlıq kokain müsadirə edilib

36 milyon dollarlıq kokain müsadirə edilib

ABŞ-ın sərhəd xidməti Dominikan Respublikası sahillərində 1,5 tonluq kokain partiyasını müsadirə edib. Külli miqdarda narkotik maddə daşıyan gəmi San-Pedro-de-Makoris şəhərindən 70 km aralıda saxlanılıb.

Məlumata əsasən, müsadirə olunan narkotik maddənin "qara bazarda" qiyməti 36 mln. dollar təşkil edir. Gəminin göyərtəsində olan 4 Venesuela və Dominikan Respublikası vətəndaşı həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə