“Metyu” qasırğası 5000-ə yaxın aviareysin ləğvinə səbəb oldu

“Metyu” qasırğası 5000-ə yaxın aviareysin ləğvinə səbəb oldu

ABŞ-a yaxınlaşan "Metyu" qasırğası ilə əlaqədar 5000-ə yaxın aviareys ləğv edilib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın ən iri aviaşirkətlərindən olan "Delta Airlines"ın 280 uçuşu ləğv olunub. Qasırğa ilə əlaqədar prezident Barak Obama Florida, Cənubi Karolina və Corciya ştatlarında fövqəladə vəziyyət elan edib. Ölkədə ümumilikdə 2 milyon insanın təxliyə ediləcəyi gözlənilir. "Metyu" qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır. Qeyd edək ki, Haitidə "Metyu" qasırğası qurbanlarının sayı 842-yə nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə