Rusiya: Fransanın Hələb layihəsi qəbuledilməzdir

Rusiya: Fransanın Hələb layihəsi qəbuledilməzdir

Fransanın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi Hələb layihəsi qəbuledilməzdir. Bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov çıxış edib. O, həmin layihəyə düzəliş təklifi ilə çıxış etdiklərini də bildirib: "Fransanın qərarnaməsi bizim üçün qəbuledilməzdir. Özündə bir neçə maddəni ehtiva edir. Həmin layihədə həmçinin Suriya və Rusiya hökumətlərinə təzyiq edilməsi nəzərdə tutulub. Bu səbəbdən rəsmi Parisin bu addımı olduqca anlaşılmazdır".

Qeyd edək ki, Hələb şəhəri hər keçən gün Rusiya və Əsəd rejiminin daha çox bombardmanına məruz qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə